EN

Qış Olimpiya Oyunları 2026: Üçüncü yarış günü daha beş çempionun adı bəlli olub

ain.az bildirir, Oxu.az portalına istinadən.

Fevralın 9-da İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında beş medal dəsti uğrunda mübarizə aparılıb. Növbəti yarış günündə dağ xizəyi, fristayl, tramplindən tullanma, snoubord və sürətli konkisürmə üzrə çempionlar və medalçılar müəyyənləşib.

Oxu.Az bu barədə "Forbes"a istinadən xəbər verir.

Qadınlar arasında fristayl yarışında qızıl medalı isveçrəli Matilda Qremo, gümüş medalı çinli Elin Qu, bürünc medalı kanadalı Meqan Oldhem qazanıblar.

Dağ xizəyi üzrə kişilər arasında ikinövçülükdə İsveçrə komandaları qızıl və bürünc, avstriyalı cütlük isə gümüş medal qazanıblar.

Sürətli konkisürmə. Qadınlar arasında 1 000 metr məsafəyə yürüşdə qızıl medalı niderlandlı Yutta Lerdam, gümüş medalı Femke Kok (Niderland), bürünc medalı yaponiyalı Miho Takagi əldə ediblər.

Qadınlar arasında snoubord üzrə "biq eyr" yarışında yaponiyalı Kokomo Murase Olimpiya çempionu olub, yeni zelandiyalı Zoi Sadovski gümüş, koreyalı Yu Sen-Qun bürünc medala sahib çıxıblar.

Kişilər arasında tramplindən tullanma yarışlarında (normal tramplin) qızıl medalı almaniyalı Filip Raymund, gümüş medalı polşalı Kasper Tomasyak və bürünc medalı yaponiyalı Ren Nikaydo qazanıblar.

Üçüncü yarış günündən sonra medal sıralamasında Norveç üç qızıl, bir gümüş və iki bürünc medalla liderlik edir. İsveçrə üç qızıl, bir gümüş və bir bürünc medalla ikinci yerdədir. İlk üçlüyü Yaponiya tamamlayır (2-2-3).

2026-cı il Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
oxu.az

1Sources