EN

Fransalı hücumçunun birdəfəlik transferindən vaz keçdilər

“Tottenhem”də icarə əsasında çıxış edən Randal Kolo-Muani London klubuna daimi olaraq qoşulmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

“Tottenhem” fransalı hücumçunu icarə müddəti bitdikdən sonra PSJ-dən almaq niyyətində deyil.

İddialara görə, Kolo-Muaninin qış transfer pəncərəsində londonlulardan ayrılmaq istəməsinin səbəbi də budur, amma bu baş tutmayıb.

27 yaşlı oyunçu indi Fransa millisinin qarşıdan gələn dünya çempionatı üçün yekun heyətinə düşmək şansları ilə bağlı getdikcə daha çox narahatdır.

O, bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Chosen
20
sportinfo.az

1Sources