EN

Salah üçün fantastik təklif: Üçqat maaş

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Salah üçün fantastik təklif: Üçqat maaş

Səudiyyə Ərəbistanı klubları "Liverpul"un hücumçusu Məhəmməd Salahı Pro Liqaya gətirmək üçün böyük təkliflər etməyi planlaşdırırlar. 

QOL.az xəbər verir ki, bu haqda “Mirror” məlumat yayıb. 

Səudiyyə Ərəbistanı təmsilçiləri 33 yaşlı futbolçuya üçqat artıq maaş ödəməyə hazırdırlar. Bildirilib ki, Salah təklifi qəbul edərsə, onun maaşı həftəlik 1,2 milyon funt sterlinqə (1,38 milyon avro) çatacaq. 

Səudiyyə Ərəbistanı klubları, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Əl-Nəsr”dən ayrılması ehtimalını nəzərə alaraü, Salahı liqada potensial ulduz hesab edirlər.

"Liverpul" da forvardla yollarını ayırmağa hazırdır. Çünki bu, onların əmək haqqı xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin "mersisaydlılar" futbolçunun transferindən yüksək məbləğ gəlir gözləyirlər və müqaviləni DÇ-2026-dan əvvəl başa çatdırmaq istəyirlər.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən bəri "Liverpul"da oynayır. Misirli ulduz 2025/26 mövsümündə bütün yarışlarda 25 matça çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Salahın klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Capology”nin yaydığı məlumata görə, bu müqaviləyə əsasən, onun maaşı həftədə 400.000 funt sterlinq (vergilər çıxılmazdan əvvəl 460.000 avro) təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
qol.az

2Sources