EN

Rusiya XİN: Ukrayna üzrə razılaşmada Moskvanın təhlükəsizlik zəmanətləri əsas element olmalıdır

Ukrayna üzrə razılaşmanın əldə olunmasında Rusiyanın təhlükəsizlik zəmanətləri əsas element olmalıdır və bu olmadan sülh sazişi mümkün deyil.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Biz Ukraynada sülh yolu ilə nizamlanmanın Ukraynanın təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu qəbul edirik, lakin əsas məsələ, əlbəttə ki, Rusiyanın təhlükəsizlik maraqlarıdır. Avropa İttifaqı liderlərinin bütün bəyanatlarına diqqətlə baxsaq, orada Rusiyanın təhlükəsizlik zəmanətlərindən danışan yoxdur. Halbuki bu, razılaşmanın əldə olunmasının əsas elementidir. Bu olmadan heç bir sülh sazişi mümkün deyil”, – deyə Qruşko qeyd edib.

Chosen
21
1
apa.az

2Sources