EN

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

İranın ali lideri Xamenei İslam İnqilabının 47-ci ildönümü ərəfəsində televiziya müraciətində İran xalqını artan ABŞ–İran gərginliyi şəraitində birlik nümayiş etdirməyə və “düşməni məyus etməyə” çağırıb.

Bizim.Media xəbər verir ki, o vurğulayıb ki, milli güc daha çox hərbi qüvvəyə deyil, qətiyyət və müqavimətə əsaslanır.
 

Xamenei həmçinin hər il fevralın 11-də inqilabın ildönümü münasibətilə təşkil olunan kütləvi yürüşlərə toxunaraq, bu aksiyaları dünya miqyasında analoqu olmayan fenomen və milli müqavimətin parlaq nümunəsi kimi xarakterizə edib.


Sonda ali lider bəyan edib ki, xarici qüvvələrin İranda İslam İnqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri iflas edib.

Bizim.Media

Chosen
46
1
bizim.media

2Sources