EN

“Azəravtoyol”un “qara kassası”nın gün üzünə çıxan əmlakı - baş döndürən siyahı...



Saleh Məmmədovun ardından indi də “Azəravtoyol”un “qara kassası” olduğu deyilən Əvəz Qocayev çoxmilyonluq mülkləri ilə diqqət mərkəzinə gəlib.

Bizimesr.az saytı onun mülklərinin siyahısını əldə edib. Baxın, siyahını oxumaqla bitirmək olmur:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətai, Səbail rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyuları

4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində - qızı Xatirə Qocayeva idarə edir)

6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit (arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilib)

10. Köhnə “Vorovski”də 3 mərtəbə villa

11. Novxanıda ayrı-ayrılıqda 3 villa

12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

13. “REAL” MTK-da 4 otaqlı, sahəsi 185 kv.m olan mənzil

14. Port Bakuda 150 kv m daha bir mənzil

15. Binəqədi rayonunda böyük torpaq sahələri

16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

18. Şüvəlanda villa

19. Özünə və ailəsinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

21. Dərnəgüldə tikinti materialları mağazası

22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s.

Maraqlıdır, orta statistik azərbaycanlı neçə onillər yeməyi-içməyib maaşını toplamalıdır ki, bu əmlakların yüzdə birinə sahib olsun? Və daha maraqlısı – bu idarədəki mənimsəmələr hansı gözəgörünməz gücün himayəsi altında baş verib ki, yalnız bir məmurun bu qədər varidat toplamasını kimsənin ruhu duymayıb?..

Əli TURABOV

Chosen
14
baki-xeber.com

1Sources