EN

İranda siyasətçilərin həbsi başlayıb Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dekabrın 28-dən İranda başlayan etiraz aksiyalarıı səngisə də, ölkədə gərginlik və həbslər davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkədə təkcə etirazçı kütlə deyil, həm də rejimə müxalif olan və şərti islahatçı cinahı sayıla qüvvələrin təmsilçilərinin həbsinə də start verilib.

Məlumata görə, İranda islahatçı siyasətçi kimi tanınan Milli Birlik Partiyasının Mərkəzi İcraiyyə Şurasının üzvü Əli Şakuri Rad və müxalifət lideri Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi ötən gün qandallanıblar: "Onların həbsindən.az sonra  İslahat Cəbhəsinin sözçüsü Cavad İmam də tutulub"

İddia olunur ki, İranda islahatçıların saxlanılması və həbsləri Əli Şakuri Radın etirazlarla bağlı sızdırılmış səs yazısından sonra sürətlənib: "Rejim əleyhinə və etirazlara haqq qazandıran səs yazısının yayılmasından sonra İslahat Cəbhəsinin lideri Azər Mansuri, Siyasi Komitə sədri İbrahim Əsgərzadə və keçmiş prezident Məhəmməd Xatəminin hökumətində xarici işlər nazirinin müavini olmuş Möhsün Eminzadə də İnqilab Keşikçiləri Korpusu tərəfindən "konstitusiyaya zidd davranış" ittihamı ilə saxlanılıblar..."

Onu da qeyd edək ki, "islahatçı"lar son prezident seçkilərində Məsud Pezeşkianı dəstəkləyib.

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
mia.az

1Sources