EN

Qalatasaraydan "Barselona"ya 30 milyonluq təklif - FOTO

Qış transfer pəncərəsini çox aktiv keçirən Qalatasaray dünyanın ən perspektivli gənc yarımmüdafiəçilərindən biri hesab olunan 18 yaşlı Mark Bernal üçün rəsmi addım atıb. İspaniya mətbuatının yazdığına görə, İstanbul klubu bu transfer üçün rekord məbləğləri gözə alıb.

Milli.Az xəbər verir ki, Barselonaya rəsmi olaraq 30 milyon avro təklif edilib.

Futbolçunun özünə hazırda Barselonada qazandığı məvacibin 3 qatı təklif olunub.

Mark Bernal "La Masia" (Barselona akademiyası) məhsuludur və müasir futbolun ən yaxşı "6 nömrə" (dayaq yarımmüdafiəçisi) namizədlərindən biri hesab olunur.

Bu mövsüm Barselona forması ilə 18 oyuna çıxaraq 1 qol və 1 asistlə yadda qalıb.

Qalatasarayın bu cəlbedici təklifinə baxmayaraq, hələlik müsbət nəticə alınmayıb:

Bernalın Kataloniya klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.

Barselonanın gənc oyunçunu dərhal buraxmaq istəmədiyi, Qalatasarayın isə yay transfer dövründə yenidən hücuma keçəcəyi vurğulanır.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
57
1
milli.az

10Sources