EN

Kadırovdan oğlunun ölümü ilə bağlı xəbərlərə reaksiya

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırovun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi və onun ölümü ilə bağlı yayılan məlumatları təkzib edib.

Hafta.az xəbər verir ki, bu barədə Kadırov Çeçenistan prokuroru Arsan Adayevlə keçirdiyi işgüzar görüş zamanı bildirib.

Onun sözlərinə görə, yayılan məlumatlar əvvəlcədən hazırlanan dezinformasiya xarakteri daşıyır.

Respublika rəhbəri qeyd edib ki, saxta xəbərlərin yaradılması və yayılmasında süni intellekt texnologiyalarından istifadə olunmuş ola bilər. Kadırovun fikrincə, bu cür texnologiyalar yanlış məlumatların qısa müddətdə geniş auditoriyaya çatmasına imkan yaradır.

“Süni intellektin köməyi ilə istənilən insanı aldatmaq mümkündür. Oğlumun guya yol qəzasına düşməsi və onun ağır yaralanması və ya ölməsi ilə bağlı saxta məlumat qəfil ortaya çıxaraq dünya mediasında əsas xəbərlərdən birinə çevrildi”, – deyə Ramzan Kadırov bildirib./globalinfo/

Chosen
66
hafta.az

1Sources