EN

Ronaldu “Əl-Nəsr” klubunda etiraz aksiyasına son qoydu

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda başladığı etiraz aksiyasına son qoyub.

Heftelik.az Report-a istinadən xəbər verir ki, buna klub rəhbərliyinin bəzi əməkdaşlara maaş borclarını ödəməsi səbəb olub.

Bundan əlavə, ötən ilin dekabrında səlahiyyətləri məhdudlaşdırılan portuqaliyalı direktorlar Jose Semedu və Simao Koutinyo vəzifələrinə qaytarılıblar.

Xatırladaq ki, Ronaldunun boykotu səbəbindən Səudiyyə Ərəbistanı Futbol Liqasının oyunlarının yayım hüquqlarına malik ABŞ-nin “FOX Sports” telekanalı ölkə çempionatının matçlarının yayımını dayandırmışdı.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin yanvarından etibarən “Əl-Nəsr”in formasını geyinir. O, bu müddət ərzində komandanın heyətində 127 oyunda 111 qol vurub.

Chosen
23
2
heftelik.az

5Sources