EN

"Komandanın yaxşı vəziyyətdə olduğu aydındır"

“Bavariya” klubunun hücumçusu Harri Keyn “Hoffenhaym” üzərində qazandıqları 5:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli hücumçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Son dövrlərdə bir sıra uğursuz nəticələrdən sonra komandada müəyyən gərginlik var idi. Bizim üçün sakitliyi qoruyub oyun stilimizə sadiq qalmaq vacib idi. Bütün həftə ərzində intensiv məşq etdik və hazırlıq gördük.”

O əlavə edib:

“Komanda əla vəziyyətdədir – bütün oyunçular fiziki cəhətdən hazırdır və meydana çıxmağa can atırlar. Xüsusən oyunun əvvəlində bunu görmək mümkün idi. Daha sonra rəqibin oyunçusu meydandan çıxarıldı və bir qədər ritmimizi pozdu. Təxminən 15-20 dəqiqəyə özümüzü toparladıq. ‘Hoffenhaym’a hörmət etmək lazımdır – güclü komandadır və yaxşı oyun nümayiş etdirir.”

Hazırda “Bavariya” 54 xalla Bundesliqada liderdir. Dortmund “Borussiya”sının xalı 48-dir. Harri Keyn isə bombardirlər yarışında 24 qol ilə birinci yerdədir.

Chosen
75
90deqiqe.az

1Sources