EN

Kivinin tərkibində həzmə faydalı olan ferment var

Kivinin tərkibində C, E və B9 vitaminləri, folat, kalium və antioksidantlar var.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Anton Polyakov "Veçernyaya Moskva"ya verdiyi açıqlamada deyib.

O, əlavə edib ki, meyvənin tərkibində həzm sistemini dəstəkləyən bir ferment - aktinidin də var.

“Kivi mikrofloramiz üçün prebiotik komponent kimi çıxış edən yaxşı lifli qida  mənbəyidir. Lif isə həzmi dəstəkləmək üçün vacibdir”, - Polyakov qeyd edib.

Həkim əlavə edib ki, kivi yemək immun, reproduktiv və ürək-damar sistemini dəstəkləməyə kömək edir. Bununla belə, o, bu məhsulun iltihab, mədə-bağırsaq xəstəlikləri və böyrək daşları olan insanlar üçün zərərli ola biləcəyi barədə xəbərdarlıq edib.

"Qan laxtalanmasına meylli xəstələr, eləcə də beta-blokerlər ehtiva edən dərmanlar qəbul edənlər də kividən çəkinməlidirlər", - deyə həkim vurğulayıb. 

QAZİLER.AZ

Chosen
44
qaziler.az

1Sources