EN

Türkiyədə braziliyalıları təəccübləndirən

Braziliya əsilli aktrisa və model Jessica May Türkiyədə yaşadığı gündəlik həyatdan maraqlı detalları sosial mediada paylaşaraq, breziliyalıların ölkəmizə gəldikdə ən çox təəccübləndiyi 5 vərdişi açıqlayıb. Metbuat.az xəbər verir ki, aktrisa sıralamanı belə yazıb: - ⁠Yeməkdən sonra çay içmək: Jessica May bildirib ki, Türkiyədə yeməkdən sonra çay içmək sanki məcburiyyətdir və masadan çay içmədən qalxmaq olduqca çətindir. - Evlərin qarşısında ayaqqabı qoyma ənənəsi: Brazilyada belə bir adət olmadığını deyən aktrisa, Türkiyədə evlərin girişində düzülmüş ayaqqabılara baxanda çox təəccübləndiyini vurğulayıb. - Tıxacda siqnaldan geniş istifadə: May qeyd edib ki, Brazilyada tıxacda bu qədər siqnal səsi eşitmək mümkün deyil və Türkiyədə insanlar hələ işıq yanmadan belə siqnal verməyə başlayırlar. - Zəngin səhər yeməyi mədəniyyəti: Onun sözlərinə görə, Brazilyada səhər yeməyi çox sadə olur, amma Türkiyədə masa o qədər dolu olur ki, bəzən boşqabı qoymağa yer tapmırsan.

- Kolonya istifadəsi: Jessica May Türkiyədə hər yerdə kolonya tapılmasını çox bəyəndiyini, bunun həm gigiyenik olduğunu, həm də xoş qoxu verdiyini deyib.

Chosen
56
1
metbuat.az

2Sources