EN

Meksika Prezidenti Kubaya edilən humanitar yardımı genişləndirəcəyini bildirib

Meksika Kubaya neft tədarük edən ölkələrə qarşı rüsum tətbiq olunacağını bildirən ABŞ-nin mövqeyinə baxmayaraq, bu ölkəyə humanitar yardım göstərməyə davam edəcək.

"Report" "EFE" agentliyinə istinadən xəbər verir ki, bunu Meksika lideri Klauadiya Şeynbaum bəyan edib.

Onun sözlərinə görə, ABŞ-nin bu yanaşması ədalətsizdir, çünki nəticədə hər şey Kuba əhalisinə təsir edir.

"Dəstək daha çox olacaq. Kubaya neft göndərən istənilən ölkəyə qarşı ABŞ-nin tətbiq etdiyi ədalətsiz sanksiyalar səbəbindən heç kimi Kuba xalqının hazırda yaşadığı vəziyyətdə qoymaq olmaz. Əlbəttə ki, ehtiyacı olan xalqlara hər zaman kömək etdiyimiz kimi, Kuba xalqına da kömək etmək niyyətindəyik. Hazırda biz, əsasən, ərzaq göndəririk və onların ehtiyac duyduğu məhsulların tədarükünü artırmağı planlaşdırırıq", - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft tədarükünü dayandırdığını bildirmişdi. Bundan sonra KİV-də ada dövlətində ciddi yanacaq qıtlığı yarandığı barədə məlumatlar yayılmışdı.

Chosen
32
4
far.az

5Sources