EN

Donald Tramp Si Cinpinlə “əla” söhbət edib

ABŞ prezidenti Donald Tramp bu ilin sonlarında Çin lideri Si Cinpini Ağ Evdə qəbul edəcəyini açıqlayıb. O, bu açıqlamanı 8 fevralda NBC News-a verdiyi müsahibədə verib.

Elə həmin gün o və Si Cinpin ölkələri arasında iqtisadiyyat və münasibətlər barədə geniş müzakirə apardılar. Amerika prezidentinin sözlərinə görə, söhbət “əla” keçib və hər iki lider bunun davam etməli olduğunu başa düşürlər.

Tramp özü isə aprel ayında Çinə səfər etməyi planlaşdırır. Bundan sonra Si Cinpin ABŞ-a səfər edəcək. “Bəli, o, ilin sonuna yaxın Ağ Evə gələcək”, – deyə Tramp bildirib. O, ABŞ və Çinin dünyanın ən güclü iki ölkəsi olduğunu və onların “çox yaxşı münasibətlərinin” yarandığını vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
49
editor.az

1Sources