Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bir neçə gün öncə Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq zərbəsi vurulan azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə KONKRET.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Fevralın 4-də saat 18 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.