EN

17 yaşlı qızın cəsədini donuzlara yedirdən caniyə HÖKM OXUNDU – FOTO/VİDEO

17 yaşlı qızın cəsədini donuzlara yedirdən Krasnoyarsk canisinə 23 il həbs kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında törədilmiş tükürpədici cinayətin məhkəmə prosesi yekunlaşıb.

İqor adlı şəxs müdirinin 17 yaşlı qızı Milenanı qətlə yetirməkdə və cinayət izlərini itirmək üçün onun cəsədini donuzlara yedirməkdə təqsirli bilinərək 23 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, İqor Milenanın atasının yanında çalışıb və müdirinə qarşı böyük kin bəsləyib.

Qisas almaq məqsədilə o, gənc qıza hücum edərək onu vəhşicəsinə döyüb və huşsuz vəziyyətdə anbarda qoyub. Daha sonra o, cinayətin izlərini gizlətmək üçün ən iyrənc yola əl atıb.

Lakin caninin cinayət izlərini tamamilə yox etmək cəhdi uğursuz olub və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə məhkum, həmçinin mərhumun ailəsinə 6 milyon rubl (təxminən 132 500 manat) məbləğində kompensasiya ödəməlidir.

Qeyd olunur ki, cani məhkəmədə günahını boynuna almayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
43
interpress.az

1Sources