EN

Mbappe hakimləri təhqir etdi

“Real”ın ulduzu Kilian Mbappe İspaniya La Liqasının “Valensiya”ya qarşı səfər matçında hakimlərin işindən ciddi narazı qalıb.

Publika.az xəbər verir ki, DAZN kameraları ulduz hücumçunun hakimlərə dediklərini qeydə alıb.

“Orada ofsayd necə ola bilər? Mənə izah lazımdır”, – deyə Mbappe dördüncü hakimə müraciət edib.

“Videoda bir qədər mübahisəli görünür. Üzr istəyirəm, bunu daxildə müzakirə edərik”, – dördüncü hakim cavab verib.

“Yaxşı, gəlin paltardəyişmə tunelinə keçək və mənə izah edin, çünki mən başa düşmürəm”, – deyə Mbappe bildirib.

Chosen
80
publika.az

1Sources