EN

Gənc sürücü qəza törətdi; özü və dostları yaralandı FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Təcrübəsiz sürücü avtomobili dirəyə çırpıb. Avtosfer.az xəbər verir ki, hadisə Udmurtiya Respublikasında baş verib. Məlumata görə, İjevsk şəhəri Oktyabr küçəsində bir ildən az sürücülük təcrübəsi olan 18 yaşlı şəxs idarə etdiyi “Renault Duster” markalı avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi deformasiyaya uğrayıb. Qəza nəticəsində sürücü və avtomobildə olan üç nəfər 17 yaşlı sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə cəlb edilən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Oxunub 176

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
avtosfer.az

1Sources