EN

Sonluq bir qədər əsəbi alındı - Kurban Berdiyev

Misli Premyer Liqasında XIX turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, turun ikinci oyun günündə daha iki matç baş tutub.

"Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gəlib. Tovuz təmsilçisi minimal hesablı qələbəyə sevinib.

Matçdan sonra keçirilən mətbuat konfransında birincilərin baş məşqçisi Kurban Berdiyev fikirlərini jurnalistlərlə bölüşüb:

"İlk öncə kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Oyuna gəldikdə birinci hissədə çoxlu imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı".

Chosen
56
unikal.az

1Sources