EN

Fəzail Ağamalı hoteldə vəfat edib: Nəşi Azərbaycana gətiriləcək

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun yaxınları məlumat veriblər.

Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkib.

Poliqon.info

Chosen
28
6
poliqon.info

7Sources