EN

İlham Əliyev: Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin...

Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı ölkənin nəqliyyat və logistika infrastrukturunu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görüldüyünü söyləyib:

"Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.

Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq, kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik. Kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir. Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm, bu reallıqdır".

Chosen
44
5
bakivaxti.az

6Sources