"Ümid edirəm ki, regionlarda fəaliyyətiniz artacaq. Birləşmiş Ştatların digər mehmanxana şəbəkəsi və digər tərəflər də ölkədə var. Potensial hələ də böyükdür, çünki Azərbaycana səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Yalnız bir dövr var idi. COVID və ondan sonrakı dövrdə tənəzzül yaşandı. İndi isə həmin sahə bərpa olunub. Mehmanxanalarda tutum, həmçinin müvafiq səviyyədədir. Azərbaycanın dövri əsaslarla ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, həmçinin əlavə turistlər cəlb edir. Bir sözlə, tövsiyəm odur ki, Bakıda və rayonlarda imkanları araşdırmaq lazımdır. Siz xizək mərkəzini qeyd etdiniz. Oranı inkişaf etdirmək üçün böyük planlar var. Bu gün o, idman üçün artıq geniş və çox rahat məkana çevrilib. Yeri gəlmişkən, biz martda orada ilk beynəlxalq tədbiri təşkil edəcəyik. Beləliklə, mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var. Ümid edirəm, Amerikanın mehmanxana sənayesinin bir çox digər şəbəkələri, filialları Azərbaycana gələcək və görəcək ki, bu, biznes və sərmayə üçün yaxşı məkandır".