
Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
"Yeri gəlmişkən, iqtisadiyyatı şaxələndirmək bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir. Biz yaxşı nəticələr görürük. Mən indicə bu ilin yanvarının statistikasına baxdım, bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8 faiz artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir".