"Belə oyunla uğur qazanmaq olar".
Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz"la matçdan sonra "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov deyib. O, görüşlə bağlı bu fikirləri də səsləndirib:
"Bilirdik ki, "Turan Tovuz" yaxşı komandadır. Onları yaxşıca təhlil etmişdik. Düşnürəm ki, komandam da oyuna yaxşı hazırlaşmışdı. Belə oyunla uğur qazanmaq olar. Ancaq artırmalıyıq. Bir epizodda müdafiəçimizə açıq ayaqla zərbə oldu. Hakimlər ola bilər, başqa cür dəyərləndirdi. Məncə, başqa cür yanaşmaq olardı. Bununla "Turan Tovuz" qələbəsinə kölgə salmaq istəmirəm. Onların yaxşı heyəti var və layiqli qələbə qazandılar".
O, əvvəlki iki oyundan fərqli olaraq bu görüşdə komandasının əzmkarlıq göstərdiyini də bildirib:
"Əvvəlki oyunda futbolçularımda əzmkarlığı görə bilmirdim. Amma bugünkü qarşılaşmada onlar xarakter göstərdilər".
F. Məmmədov sonda kapitan Araz Abdullayev zədəyə görə bu görüşdə iştirak etmədiyini söyləyib.