EN

Göygöldə törədilən qətllə bağlı yeni iddialar səsləndirilirVİDEO

Göygöldə Mollacəlilli kənd sakininin 4 gün əvvəl bıçaqlanaraq öldürülməsi ilə bağlı istintaqın gedişində yeniliklər var.

Xezerxeber.az-ın məlumatına görə, cinayət işi çərçivəsində müəyyən edilmiş şübhəli şəxs də saxlanılaraq istintaqa cəlb olunub.

Qətlə yetirilən Sahib Quliyevin doğmaları isə iddia edir ki, mərhum meyitinin tapıldığı yerdə yox, başqa ərazidə öldürülüb və oraya atılıb. Onlar həm də cinayətdə saxlanılan şəxsdən başqalarının da əli olduğundan şübhələnirlər.

Ailə üzvləri həmçinin iddia edir ki, mərhum qətlə yetirilməzdən əvvəl onu öldürməkdə şübhəli bilinən şəxslə birgə qonaqlıqda olub, hadisə məhz burada başlayan mübahisədən sonra törədilib. İstintaq davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
47
xezerxeber.az

1Sources