BAKI, 9 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu Alexandro Serrano vurub.
Bu nəticədən sonra Kurban Berdiyevin komandası xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Füzuli Məmmədovun kollektivi isə hazırda 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında “Kəpəz” “İmişli” ilə heç-heçə edib. Tura sabah yekun vurulacaq.