EN

19 bıçaq zərbəsi yetirilən 6 yaşlı uşaq şübhəlini açıqladı, polis bir nəfəri saxladıTƏFƏRRÜAT/VİDEO

Fevralın 4 də bıçaqlanmış 6 yaşlı uşaq önəmli məlumatlar verib.

Bu baradə uşağın valideynləri “Xəzər Xəbər”ə danışıblar.

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədinin Aşağı Avşar kəndində 19 bıçaq zərbəsilə xəsarət alan uşaq bir neçə gündən sonra aidiyyəti qurumların suallarını cavablandırıb.

Onun atası Rəşad Bəşirov bildirib ki, özünə gələn uşaq ona xəsarət yetirməkdə şübhəli bilinənlərin bir neçəsinin  şəklindən birinin üzərinə barmağını qoyub.

Onun anası isə bildirir ki, həmin gün uşağı aldadıb küçəyə çağırıblar və hadisə baş verib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
36
xezerxeber.az

1Sources