EN

Ümid Mirzəyev 65 illik yubileyi münasibətilə təltif olunub - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev Azərbaycan vətəndaş cəmiyyətini beynəlxalq platformalarda layiqincə təmsil etdiyinə, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai təşəbbüslərin təşviqi və həyata keçirilməsi istiqamətində göstərdiyi uzunmüddətli və səmərəli fəaliyyətinə görə, həmçinin 65 illik yubileyi münasibətilə QHT.az Platforması tərəfindən təltif olunub.


QHT.az xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunda görüş keçirilib. Görüş zamanı Azərbaycan vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə tərəfindən Ümid Mirzəyevə Fəxri Fərman təqdim edilib.

 

Chosen
21
1
qht.az

2Sources