Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.Metbuat.az Teleqraf-a istiandən xəbər verir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkiirdi. Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.