EN

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Məlumat verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İcra başçısının dosyesini təqdim edir:
Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
O, 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.
T.Budaqov 2009-2015-ci illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.
2015-ci ildən bu günə qədər Dövlət Statistika Komitəsinin sədri vəzifəsini icra edirdi.
O, eyni zamanda 2021-ci ildən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir.
Evlidir, 3 övladı var.
Chosen
12
3
yenilik.az

4Sources