Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları əldə edib.
Aznews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mətbuata birgə bəyanatında bildirib.
Onun sözlərinə görə, V-BAT pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut olunub və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.
“Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə etmişik”, - Paşinyan qeyd edib.