EN

Pluton öz ilk dövrünü nə zaman tamamlayacaq?

Günəş sisteminin beş cırtdan planetindən Pluton, müvəqqəti olaraq adi planet kimi təsnifləşdirildiyi üçün ən çox tanınandır.

Hit.az xəbər verir ki, "Iflscience" nəşrinə görə, amerikalı astronom Persival Louell Uran və Neptun orbitlərində başa düşülməyən hərəkətləri müşahidə edib. 1905-ci ildə o, bunların başqa naməlum planetin cazibəsi ilə izah oluna biləcəyini irəli sürüb və onun orbitinə dair proqnozlar verib.

Louellin proqnozlarına əsaslanaraq Pluton 1930-cu ildə rəsmi olaraq kəşf olunub. Amerikalı astronom Klayd Tombo, Flaqstaffdakı Louell observatoriyasında Plutonun olması ehtimal olunan səma sahələrini tədqiq edib. O, eyni səma sahəsinin iki təsviri arasında sürətli keçid edə bilən cihazdan istifadə edərək, hətta kiçik fərqləri də görməyi asanlaşdırıb və 23-29 yanvar 1930-cu il tarixləri arasında hərəkət edən obyekt aşkarlayıb.
Tezliklə bu obyektin planet olduğu təsdiqlənib. 

Plutona adını isə 11 yaşlı Vensiya Berni Feyr verib, o, Louell observatoriyasına məktub yazmışdı.

Amma Pluton heç bir plutonillik ilini planet statusunda tamamlamadan onun təsnifatı dəyişdirilib və cırtdan planet elan olunub.

2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı (IAU) Plutonun statusunu azaldıb, çünki o alimlərin planet adlandırdığı bütün kriteriyalara cavab vermirdi. Pluton günəş ətrafında fırlanır və təxminən sferik formaya malik olmaq üçün kifayət qədər kütləyə sahib olsa da, öz orbitində hakim deyil. Pluton orbitini digər kosmik obyektlərdən təmizləməyib və bu səbəbdən planet kriteriyalarına cavab vermir; orbitini digər böyük obyektlərlə paylaşır və bu obyektlər cırtdan planet ətrafında fırlanmır.

Plutondakı gün təxminən 153 saat davam etsə də, onun illəri ilə müqayisədə azdır. Plutonun orbit dövrü 248 Yer ilinə bərabərdir, bu isə o deməkdir ki, onun kəşfi günü ilk “Pluton ili” yalnız 23 mart 2178-ci il, bazar ertəsi baş tutacaq.

Samir
 

Chosen
47
hit.az

1Sources