EN

Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə edib

Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə edib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, V-BAT pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut olunub və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

“Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə etmişik”, – Paşinyan qeyd edib.

MənbəAPA
Chosen
27
6
banker.az

7Sources