EN

Gürcüstan Türkiyəni Azərbaycan və Ermənistanla birləşdirir AÇIQLAMA

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, 2030-cu ilin sonunadək Türkiyə sərhədindən Ermənistan və Azərbaycan sərhədlərinə uzanan magistral yolun əsas sahələrinin əksəriyyətində tikinti işləri tamamlanacaq.

Bu haqda “Sherg.az” nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevə istinadən məlumat verir. R.Ağamirzəyev bildirib ki, İ.Kobaxidze “PosTV” telekanalına verdiyi açıqlamada hökumətin ölkənin strateji coğrafi mövqeyindən maksimum istifadə etmək və nəqliyyat infrastrukturu, o cümlədən tranzit funksiyasını inkişaf etdirmək niyyətində olduğunu deyib: 

- Kobaxidze əlavə edib ki, bu istiqamətdə iri həcmli investisiyalar həyata keçirilir. Planlara görə, 2030-cu ilin sonuna qədər Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə gedən yolun əsas hissələri istifadəyə veriləcək. “Sputnik Gürcüstan” yazır ki, 2026-cı il büdcəsi çərçivəsində Rustavi-Qırmızı Körpü (31,9 km) və Algeti-Sadaxlı (29,3 km) sahələrində tikinti tam başa çatdırılacaq, həmçinin Batumi-Sarp (11,3 km) yolunun Türkiyə sərhədinə çıxışı tamamlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
sherg.az

1Sources