EN

Bu şəxslərin pensiyası artırılacaq

19:48 09.02.2026
19:48 09.02.2026

“Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunvericiliyə əsasən, ildə bir dəfə bütün növ pensiyalar, o cümlədən əlilliyi olan şəxslərə verilən pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu isə o deməkdir ki, 2026-cı ilin fevral ayında tətbiq ediləcək pensiyaların indeksləşdirilməsi əlilliyi olan şəxslərə də şamil olunacaq”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov pensiyaların artımından danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda bu göstərici rəsmi şəkildə açıqlanmasa da, 11 aylıq nəticələrə əsasən orta aylıq əməkhaqqında artım 9,3 faiz təşkil edir:

“Son bir ayın nəticələrinin ümumi göstəricini ciddi şəkildə dəyişməyəcəyi nəzərə alındıqda, fevral ayında əlillərin pensiyalarının təxminən 9,3 faiz səviyyəsində indeksləşdiriləcəyi gözlənilir. Bu artım yanvar ayına da şamil olunacaq və fevral ayı üzrə pensiyalar ödənilərkən hər iki ay üçün hesablanmış artımlar vətəndaşlara təqdim ediləcək”.


Chosen
11
1
mynews.az

2Sources