Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna qoşunları Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində əks-hücuma başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış hərbi bloqerləri və şərhçiləri intensiv məlumatlar paylaşırlar.
Həmin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri şərqi Zaporojye bölgəsində Rusiya qoşunlarının sağ cinahında əks-hücumlar həyata keçirir. Hücum Pokrovsk və Velikomixaylovka istiqamətindən gəlir və Rusiya qüvvələrinin arxasına keçməyi hədəfləyir.
Eyni zamanda, Ukrayna bölmələri əvvəllər Rusiya Müdafiə Nazirliyinin nəzarətə götürdüyünü iddia etdiyi Ternovatoye, eləcə də Qulyaypole ərazisində irəliləyir. Rusiya bloqerləri qeyd edirlər ki, hücumlar bir neçə cəbhədə aparılır. Onların sözlərinə görə, əməliyyatlar dumanlı havada başlayıb və bu da Ukrayna tərəfinin Rusiya mövqelərini cinahdan keçməsinə və düşmənin arxa xətlərinə nüfuz etməsinə kömək edib.
Rusiya tərəfi hücumların dəf edildiyini və Ukrayna piyadalarının dronlarla hədəfə alındığını iddia edir, lakin Ukrayna Silahlı Qüvvələrinin şiddətli döyüşlərin davam etdiyi Ternovatoyə daxil olduğunu təsdiqləyir. Ukrayna komandanlığı öz növbəsində dünən Rusiya qoşunlarının bu məntəqədən tamamilə çıxarıldığını elan edib. “Bild” nəşrinin nüfuzlu hərbi şərhçisi Julian Repkenin sözlərinə görə, ukraynalılar Ternovatoye ilə yanaşı, qonşu Pridorojnoyeni də azad ediblər.
Hazırda həmin ərazidə vəziyyətin dinamik olaraq qaldığı bildirilir. Rusiya “Z – mediası” Ukraynanın bu istiqamətdə geniş əks-hücuma keçdiyini təsdiqləyir və həyəcan təbili çalır. Tanınmış “Z – bloqer” Yuri Podolyaka da Ukrayna Silahlı Qüvvələrinin Zaporojje sektorunda genişmiqyaslı əks-hücumunun başladığını təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna ordusu xüsusilə “Starlink” bağlantısının kəsilməsi səbəbindən hava şəraitindən və texniki problemlərdən istifadə edərək Rusiyanın "Şərq" qüvvələr qrupunun əməliyyat zonasında güclü hücuma keçib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri ən döyüşə hazır ehtiyatlarını Qulyaypole sektorunda cəmləşdirərək genişmiqyaslı yenidən qruplaşma aparıb. Bütöv hücum korpusu - yeddi hücum alayından və üç hücum briqadasından olan bölmələr döyüşə cəlb edilib. Podolyaka vurğulayıb ki, bu qüvvələr tələsik şəkildə cəbhənin Pokrovsk və Kupyansk sektorundan Zaporolye istiqamətinə köçürülüb.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.