EN

Ceyrançöldə ağacəkmə aksiyası keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafa, 9 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

“Keşikçidağ” və “Avey” dövlət qoruqlarının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ceyrançöldə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı qoruq ərazisində 300-dən çox badam tingi əkilib.

Bildirilib ki, bu təşəbbüs milli-mədəni irsin qorunması ilə yanaşı, qədim yaşayış məskənlərində təbiət və memarlıq vəhdətinin təmin edilməsi məqsədi daşıyır. Tarixi İpək Yolu üzərində yerləşən bu ərazilər şəhərsalma mədəniyyətimizin çoxəsrlik inkişaf yolunu və strateji əhəmiyyətini özündə əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
azertag.az

1Sources