EN

İddia: Arda Gülər oynayanda “Real” canlanır, Bellingem kölgədə qalır

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya LaLiqasıda çempionluq yarışını davam etdirən “Real Madrid” səfərdə “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisi bu qələbə ilə xallarının sayını 57-yə çatdıraraq lider “Barselona” ilə fərqi yenidən 1 xala endirib.

Sherg.az xəbər verir ki, matça start heyətində başlayan Arda Güler 82 dəqiqə meydanda qalıb və oyunu ilə diqqət çəkib.

Matçdan sonra İspaniyanın nüfuzlu "Marca" nəşri Arda Gülər və Cud Bellingem barədə səs-küylü iddia ilə çıxış edib. Yazıda bildirilir ki, Arda 10 nömrə mövqeyində oyunun idarəsini ələ alaraq Mbappe ilə əlaqəni gücləndirdikdən sonra “Real Madrid” daha dinamik futbol nümayiş etdirməyə başlayıb.

"Marca"nın iddiasına görə, Cud Bellingemin zədə səbəbindən bir neçə həftəlik yoxluğu komandaya müsbət təsir göstərə bilər. Çünki hər iki futbolçu eyni anda meydanda olanda Bellingemin Ardaya qarşı qısqanclığı ön plana çıxır, o, “rütbəsini” önə çəkərək türk futbolçunu kölgədə qoymağa çalışır və bu, oyuna müsbət təsir etmir.

Nəşr vurğulayır ki, hazırda Arda Gülər orta sahədə əvəzolunmazdır və Bellingem qayıtdıqdan sonra da bu statusunu qorumalıdır. Qeyd olunur ki, Mbappe ilə birlikdə komandanın ən effektiv oyunçularından biri məhz Arda olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
sherg.az

1Sources