EN

Azərbaycanın toyuq bazarında problem görünmür EKSPERT İZAH EDİR

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyədə toyuq məhsullarının qiymətinin 15 faiz artması hökuməti müəyyən addımlar atmağa vadar edib.

Sherg.az xəbər verir ki, daxili bazarı qorumaq və qiymətləri sabitləşdirmək məqsədilə hökumət toyuq ixracının müvəqqəti dayandırılması barədə qərar verib. Qərar qüvvədədir artıq. Bu, ölkəmizdə toyuq və toyuq məhsullarının qymətinin artmasına səbəb ola bilərmi? 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, rəsmi məlumatlara əsasən hazırda toyuq əti istehsalı ölkə əhalisinin tələbatının 85-90 faizini ödəyir. Eyni zamanda anbarlarda kifayət qədər toyuq əti ehtiyatı mövcuddur. Xaricdən idxal olunan toyuq əti əsasən kolbasa və sosiska kimi məhsullarının istehsalında istifadə olunur. Onların az bir qismi, xüsusilə Belarusiyadan gələn toyuqlar satışda var. İndiyə kimi ölkə bazarına quş əti Türkiyə və Braziliyadan gətirilirdisə, bu siyahıya Ukrayna da əlavə olunub. Quşçuluq müəssisələri damazlıq cücələri Türkiyə, Hollandiya, ABŞ, İngiltərə kimi ölkələrdən gətirirlər. Damazlıq yumurta verilmədiyindən damazlıq üçün bir günlük cücələr gətirilir. Avadanlıqlar əsasən Hollandiya və Türkiyədən, dərman preparatları isə daha çox Hollandiyadan gətirilir: 

- Tükiyənin toyuq məhsullarının idxalına qadağa qoymasının bizim yerli bazara təsiri qismən ola bilər. Çünki alternativ ölkələr var, hansı ki bu ölkələrdən toyuq məhsulları idxal olunur. Bundan əlavə Azərbaycan özü də, məsələn, Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirləri davam etdirir. Hazırda bu çərçivədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliy ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir. Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
sherg.az

1Sources