EN

Qırğızıstan Çin və TDT yə üzv ölkələrlə yükdaşımalar üçün “e Permit” sistemini tətbiq edib

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Qırğızıstan beynəlxalq yükdaşımalar sahəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr və Çin ilə “e-Permit” elektron icazə sistemini tətbiq edib.

AZƏRTAC “Kabara” istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, nəticədə yerli avtomobil daşıyıcıları Özbəkistan, Azərbaycan və Türkiyə ilə yanaşı, Çin istiqamətində beynəlxalq yükdaşımaları elektron icazələr əsasında həyata keçirirlər.

“e-Permit” sisteminin tətbiqi icazə sənədlərinin mübadiləsi prosesini əhəmiyyətli dərəcədə sadələşdirib və daşıyıcılara icazələri onlayn formatda əldə etmək imkanı yaradıb. Bu, şəxsi müraciət və növbələrdə gözləmə zərurətini aradan qaldırıb, eyni zamanda, xidmətlərin göstərilməsi müddətini xeyli qısaldıb.

Qeyd olunur ki, əvvəllər tərəflər hər il icazə blanklarını kağız daşıyıcılar üzərində mübadilə edirdilər. 2025-ci ildə Çinlə 130 min ədəd kağız icazə blankı mübadiləsi həyata keçirilib, onların hazırlanması ilə çatdırılmasına büdcə vəsaiti xərclənib.

Məlumata görə, “e-Permit” sistemi şəffaflığı, etibarlılığı və rahatlığı təmin edir, büdcə xərclərinin azaldılmasına, korrupsiya risklərinin aşağı salınmasına və beynəlxalq avtomobil daşımalarının inkişafına töhfə verir. “Bu tədbirlər Qırğızıstanın Mərkəzi Asiyanın logistika qovşağına çevrilməsi üçün şərait yaradır və elektron icazə sisteminin tətbiqi nəticəsində 2026-cı ildə dövlət büdcəsinə 500 milyon somdan çox vəsaitin daxil olacağı gözlənilir”, - deyə məlumatda qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
4
xalqqazeti.az

5Sources