EN

Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat sifarişi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Hərbi Prokurorluq “VMF” şirkəti ilə müqavilə bağlayıb.

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, müqavilədə saat alışı nəzərdə tutulub.

Digər detallar açıqlanmasa da, saatın satış qiymətinin 773 manat olduğu müəyyənləşib.

Xatırlatma üçün deyək ki, Hərbi Prokurorluq ötən il də “VMF” şirkətindən 1.365 manat dəyərində saat alıb.

Qeyd edək ki, “VMF” şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayev tərəfindən yaradılıb. Şirkətin hazırda direktoru isə ötən ilin aprelindən Fuad Babayevdir.

Xatırladaq ki, hazırda Azərbaycan Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədovdur. O, 2025-ci il mayın 13-də bu vəzifəyə təyin edilib. B.Əhmədov sözügedən vəzifədə 20 il çalışan ədliyyə general-leytenantı Xanlar Vəliyevi əvəzləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
globalinfo.az

3Sources