EN

AQTİ: Qida ilə təmasda olan əməkdaşlar gigiyenik təlimlərə cəlb edilməlidirlər

Qida təhlükəsizliyinin təmin edilməsində qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir.

Bununla əlaqədar olaraq “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər.

Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir.

Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.

Chosen
18
3
ikisahil.az

4Sources