Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.
"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Cebheinfo.az"