EN

Azərbaycanda əmək pensiyaları indeksləşdirilir - Sərəncam

Bakı. Trend:

Əmək pensiyaları indeksləşdirilir.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət StatistikaKomitəsinin müəyyən etdiyi:

1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğunolaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarınınsığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrtəyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrləbirlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dənəmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğunolaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalıməbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Xəbər yenilənəcək

Chosen
24
47
az.trend.az

10Sources