EN

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365; 2025, № 2, maddə 106) 1-ci maddəsində “2026-cı” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2026-cı il

Chosen
47
xalqqazeti.az

1Sources