EN

Ruslar Kubada otellərdən kütləvi şəkildə çıxarılır

Yanacaq böhranı səbəbindən ruslar Kubada qaldıqları otellərdən kütləvi şəkildə çıxarılır. Onlara elektrik enerjisi şəraiti bir qədər daha yaxşı olan aşağı səviyyəli otellərə köçmək təklif olunur, lakin qiymət fərqi üçün kompensasiya ödənilmir.

Herbiand.az bildirir ki, bu barədə SHOT yazıb.

Məlumata görə, turistlər 5 ulduzlu Domina Marina Varadero, Valentin Patriarca, Paradisus Varadero otellərini tərk etmək məcburiyyətində qalıblar. Tezliklə 4 ulduzlu Villa Gale, Bella Costa, Tuxpan, Palma Real və Caleta otelləri də bağlanacaq.

“Müqayisə üçün, iki nəfərlik 5 ulduzlu oteldə 10 günlük səyahət təxminən 350.000 rubla, 4 ulduzlu oteldə isə təxminən 300.000 rubla başa gəlir. Otellər qiymət fərqini kompensasiya etmək istəmirlər və çıxarılmaların səbəbi kimi təmir işlərini göstərirlər”, - TQ kanal aydınlıq gətirib.

Nəşr əlavə edib ki, Kubaya səfər etməyi planlaşdıran səyahətçilər də problemlərlə qarşılaşıblar. 8 fevralda Moskvadan Havanaya uçuş ləğv edilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
41
herbiand.az

1Sources