İranda reformist siyasətçinin oğlu həbs edilib.
Aznews.az İran mediasına istinadən xəbər verir ki, sabiq reformist siyasətçi Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi həbs olunub.
O, İrandakı hakimiyyət əleyhinə fəaliyyət göstərən və xaricdə yerləşən media qurumları ilə əməkdaşlıqda günahlandırılır.
Qeyd edək ki, onun atası Mehdi Kərrubi din xadimidir və 2000-ci illərdə İran prezidentliyinə namizədliyini də irəli sürüb və seçkilərdə saxtakarlıq olduğunu iddia edib.