EN

Cabbar Musayev kollektivə təqdim edildi

Cabbar Musayev kollektivə təqdim edildi

Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim edilib.

Təqdimatdan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra Ceyhun Cəlilov Prezidentin təqdimatına uyğun olaraq, Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib. Tədbirdə muxtar respublikanın gələcək inkişaf prioritetləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazir çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını vurğulayıb. O, ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra ediləcəyini bildirib. Cabbar Musayev fəaliyyətində dürüstlük, şəffaflıq və peşəkarlıq prinsiplərini əsas tutacağını xüsusi qeyd edib.

Chosen
6
6
afn.az

4Sources