Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Abşeron Milli Parkının yaranmasının 21-ci ildönümü münasibətilə “21 il təbiətə sevgi, biomüxtəlifliyə qayğı ilə” devizi altında milli parkda maarifləndirici tədbir təşkil olunub.
Bakı Oksford Məktəbinin şagirdlərinin iştirak etdiyi tədbirdə ornitoloq-ekspert Abidin Abbasov "Texnoloji proseslərin ətraf mühitə təsiri və ornitofaunanın miqrasiya mövsümünün qiymətləndirilməsi" mövzusunda çıxış edib.
Görüş çərçivəsində Azərbaycanda ornitofaunanın miqrasiya xüsusiyyətləri və ölkəmizin xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verilib.
Tədbir Abşeron Milli Parkının ərazisində təşkil olunan sərgi ilə tanışlıq və quşların müşahidəsi ilə yekunlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.